63cc9a43-0231-4455-9cd6-3e8c2053ec2b..jpg

Fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başlayır

Baxış sayı: 488 dəfə baxılıb.

Fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başlayır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kənd Təsərrüfatı Nazirliyi Minatəmizləmə Agentliyi (ANAMA) ilə birlikdə
işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara köç edəcək təsərrüfatların
rəhbərləri üçün mina təhlükəsizliyinə dair təlimlər keçirir.

Cixisyolu.com xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimlərdə 4500-dən çox fermerin iştirakı nəzərdə tutulub.
Təlimlər Yevlax rayonunda (16-19 aprel), Gəncə (22-25 aprel) və Sumqayıt (16
aprel) şəhərlərində keçiriləcək.

ANAMA mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə azad olunmuş ərazilərdəki
dislokasiya nöqtələrində davranış qaydaları, partlamamış sursat və minaların
müəyyən olunması, mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi
xəsarətlər, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə geniş
məlumat verilir. Eləcə də vizual olaraq tanınması üçün təlim iştirakçılarına
müxtəlif növ hərbi sursat və minaları əhatə edən təlim sursatlarının nümunələri
göstərilir. Təlimin sonunda iştirakçılara azad olunmuş ərazilərdə əsas davranış
qaydalarına dair təlimat kitabçası təqdim olunur.

Təlimləri başa vuran fermerlər azad olunmuş ərazilərdə, təsərrüfatları
aparacaqları dislokasiya nöqtələrində davranış qaydalarına dair təlimatlarla
tanış olduqları barədə iltizamnamə imzaladıqdan sonra yaylağa köç prosesində
iştirak edə biləcəklər.

Artıq yaylaqlara köç edəcək fermerlərin bir hissəsinə təlimlərin tarixi, saatı
və keçiriləci məkanla bağlı SMS-bildiriş göndərilib. Yaxın günlərdə təlimlərə
cəlb olunacaq fermerlərə SMS-bildirişlərin göndərilməsi başa çatacaq.

Source link