Fermerləri təhqir edən Özbəkistan baş nazirinin müavini işdən qovuldu

Baxış sayı: 2. 448 dəfə baxılıb.

Özbəkistan baş nazirinin kənd təsərrüfatı üzrə müavini Zoyir Mirzayev vəzifəsindən azad edilib. Buna səbəb onun taxılları vaxtında sulamayan fermerləri soyuq suda saxlamağı və yaş paltarla qaçmağa məcbur etməsi olub. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə məlumatı “Radio Ozodlik” yayıb. 

Mirzayev “prezidentin siyasətinə qarşı çıxmaqda” ittiham olunub.

Ölkə prezidenti Şövkət Mirziyoyev hadisədən iki gün sonra Mirzayevi vəzifəsindən uzaqlaşdırıb. Onunla yanaşı Daşkənd vilayətinin prokurorunun müavini və regionun digər rəhbər şəxsləri də vəzifələrini itiriblər. 

Fermerləri təhqir edən Özbəkistan baş nazirinin müavini işdən qovuldu

www.ÇıxışYolu.Com