“İnanıram ki, sabah baş tutacaq matçda futbolçularımın qələbəsi mənə ad günü
hədiyyəsi olacaq”.
“Report” xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu
Santuş Estoniya yığmasına qarşı keçirəcəkləri Millətlər Liqasının oyunundan
öncə baş tutan mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis sabah baş tutacaq qarşılaşmada qələbə qazanmaq
istədiklərini bildirib:
“Bu gün mənim doğum günümdür. Ad günümü təbrik edən hər kəsə öz təşəkkürümü
bildirirəm. İnanıram ki, sabah baş tutacaq matçda futbolçularımın qələbəsi mənə
ad günü hədiyyəsi olacaq. Uzun illərdir ki, futbolun içərisindəyəm və baş
məşqçi kimi fəaliyyət göstərirəm. Mənə işləməyimdə motivasiya verən səbəblər
çoxdur. Azərbaycan millisində futbola marağın böyük olduğunu gördüm və bu
səbəbdən burada işləmək mənə xoşdur”.
Qeyd edək ki, Estoniya – Azərbaycan qarşılaşması oktyabrın 11-də, Bakı vaxtı
ilə saat 20:00-da “Lilleküla” stadionunda keçiriləcək.