68bac920-990c-42c4-96a9-14b2b795d4ba.jpg

Fernandu Santuşu Azərbaycan millisinin heyəti ilə bağlı narahat edən nədir?

Baxış sayı: 33 dəfə baxılıb.

“Emin Mahmudovun verdiyi qərarlar xoşuma gəlmədi. Düşünürəm ki, kapitan qərar
verməyi bacarmalıdır”.

Cixisyolu.com xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş
mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Ramil Şeydayevlə Emin Mahmudovun millinin heyətində yer
almasına aydınlıq gətirib:

“Bütün futbolçularımıza inanıram. Burada hər hansı bir cəza prinsipi yoxdur.
Mən futbolçudan xoşum gəlir, yaxud gəlmir deyə milliyə çağırmıram. Düzdür, Emin
Mahmudovun verdiyi qərarlar xoşuma gəlmədi. Düşünürəm ki, kapitan qərar verməyi
bacarmalıdır. İstənilən halda mən futbolçunu keyfiyyətlərinə görə milliyə dəvət
edirəm. Emin Mahmudovun zədəsi ilə bağlı əlimdə həkimlərin təsdiqlədiyi sənəd
var. Kapitanın sağlamlığında hər hansı bir problem yoxdur.

Məni narahat edən Bəhlul Mustafazadənin ötən gün “Malmö” ilə görüşdə
zədələnməsi oldu. Onun əvəzinə daha bir mərkəz müdafiəçisi çağırmalı oldum”.

Daha çox foto burada: PhotoStock.az

Anar Həsənov

Source link