fbc65919-2727-438b-8327-cb856d414fcc..jpg

“Ferrari”nin səhmləri ARTDI

Baxış sayı: 407 dəfə baxılıb.

“Ferrari”nin səhmləri ARTDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2025-ci ildən “Formula-1” sinfinə aid avtomobillər üzrə yarışların yeddiqat
dünya çempionu britaniyalı Lyuis Hemiltonun şirkətin komandası üçün mübarizə
aparacağı xəbərindən sonra idman avtomobili istehsalçısı “Ferrari”nin səhmləri
Nyu-York fond birjasında 13%-dən çox artıb.

Qeyd olunur ki, cümə axşamı ticarət sessiyası başlayandan bəri “Ferrari”nin
səhmləri 13,15% artaraq 391,42 dollar təşkil edib.

Məlumata görə, “Ferrari” qiymətli kağızları 388,93 dollara (təxminən 661
manat) satılıb. Şirkətin səhmlərinin artımına maliyyə hesabatlarının dərc
olunması da səbəb olub.

Həmin hesabatlara əsasən, italyan istehsalçısının 2023-cü maliyyə ili üçün
xalis gəliri 17,2% artıb.

Mənbə: TASS

Source link