21ac0ddd-09f7-4bde-8657-d76921207552..jpg

Ferstappen: “Avstraliya və Azərbaycan Qran-priləri arasındakı fasilə mənim üçün şansdır”

Baxış sayı: 997 dəfə baxılıb.

Ferstappen: “Avstraliya və Azərbaycan Qran-priləri arasındakı fasilə mənim
üçün şansdır”

“Avstraliya ilə Azərbaycan Qran-priləri arasında yaranacaq fasilə mənim üçün
şansdır”.

“Report”un məlumatına görə, bunu “Red Bull” pilotu Maks Ferstappen
“Formula-1”in rəsmi saytına açıqlamasında deyib.

Mövsümün ilk iki Qran-prisində Bəhreyndə finişə birinci, Səudiyyə
Ərəbistanında isə ikinci çatan 26 yaşlı niderlandlı sürücü səhhətində ciddi
problemlər yaşadığını söyləyib. O, ağ ciyərində ağrılarla yarışdığını bildirib:

“Mənə elə gəlirdi ki, ciyər çatışmazlığı yaşayıram. Yarış vaxtı normal nəfəs
almaqda çətinlik çəkirdim. Buna görə də Səudiyyə Ərəbistanında iki dövrədə
özümü bərpa etməli oldum və nəticədə start zamanı 15-ci yerdə qərarlaşdım”.

Ferstappen aprelin 2-də baş tutacaq Avstraliya Qran-prisinin ardından fasilə
yaranmasına sevindiyini gizlətməyib:

“Bu mərhələdən sonra Azərbaycan Qran-prisinə qədər özümü tam hazırlamağa üç
həftə vaxtım olacaq. Bu müddətdə fitnesdə hazırlaşacağam və proqrama qayıtmağa
çalışacağam”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 28-30 apreldə keçiriləcək. İlk iki
mərhələdən sonra Ferstappen 44 xalla pilotların yarışına liderlik edir.

Source link