Fevral ayında sahibkarlar üçün müxtəlif mövzularda görüşlər və maarifləndirici
tədbirlər keçiriləcək – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fevral ayında sahibkarlar üçün aidiyyəti dövlət qurumlarının iştirakı ilə
10-dan çox mövzuda sahəvi, eləcə də maarifləndirici görüşlər təşkil olunacaq.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə
keçiriləcək tədbirlər arıçılıq, heyvandarlıq, çayçılıq, ailə kəndli
təsərrüfatının inkişafı, baramaçılıq və ipəkçilik, turizm və ictimai iaşə,
aqrobiznes, ərzaqlıq buğda istehsalı, üzümçülük və şərabçılıq, qadın
sahibkarlığının inkişafı, güzəştli maliyyə vəsaitlərinə çıxış kimi mövzuları
əhatə edəcək. Tədbirlər Bakı şəhəri ilə yanaşı, digər şəhər və rayonlarda
olmaqla onlayn və oflayn formatlarda təşkil olunacaq.
Qeyd olunan tədbirlərdə iştirak etmək istəyən sahibkarlar tədbirlərin
keçiriləcəyi tarix, yer və digər məlumatları agentliyin rəsmi internet
səhifəsindən əldə edə (https://smb.gov.az/az/events?slug=gorus
əlaqələndirici şəxslərə müraciət edə bilərlər.
Sahəvi görüşlərdə aidiyyəti dövlət qurumlarının və biznes assosiasiyaların
nümayəndələrinin iştirakı ilə sahibkarlar müvafiq sahələrdə dövlət dəstəyi
mexanizmləri və yeniliklər barədə məlumatlandırılacaqlar, biznes subyektlərinin
qarşılaşdıqları çətinliklər və onların həlli yolları müzakirə ediləcək, müvafiq
sahələr üzrə KOB-ların ehtiyacları və təklifləri öyrəniləcək, sahibkarları
maraqlandıran suallar cavablandırılacaq. Sahəvi görüşlərdə sahibkarlar
tərəfindən qaldırılan məsələlərin həlli üçün dövlət-sahibkar əməkdaşlığı
platforması çərçivəsində müvafiq tədbirlər görüləcək.
KOBİA sahibkarları fevral ayında keçiriləcək sahəvi görüşlərdə aktiv iştirak
etməyə dəvət edir. Eyni zamanda, sahibkarlar müzakirəsinə və məlumatlandırmaya
ehtiyac duyduqları məsələlərlə bağlı sahəvi görüşlərin keçirilməsi üçün
təkliflərini agentliyə təqdim edə bilərlər ([email protected]