FHN əməkdaşları mənzildə meyit tapıblar

FHN əməkdaşları mənzildə meyit tapıblar

Baxış sayı: 2. 373 dəfə baxılıb.

FHN əməkdaşları mənzildə meyit tapıblar

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları mənzildə meyit aşkarlayıblar. 

Nazirliyin mətbuat xidməti bildirir ki, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilə daxil olub və orada aşkarlanan 1936-cı il təvəllüdlü Rzalı Oktay Məhərrəm oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.