Yasamal rayonunda minik avtomobilindən qadın meyiti çıxarılıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının qarşısında dayanan minik avtomobilinin banından 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1992-ci il təvəllüdlü Ötümova Sevinc İlham qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.