FHN-dən güclü küləklə əlaqədar əhaliyə MÜRACİƏT
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fövqəladə Hallar Nazirliyi güclü küləklə əlaqədar əhaliyə müraciət edib.
FHN-dən verilən məlumata görə, bu gün axşam saatlarından başlayaraq ölkə
ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi
proqnozlaşdırılır.
Güclü küləyin həyat və sağlamlıq üçün yarada biləcəyi mümkün təhlükələri
nəzərə alaraq, nazirlik vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət
etməyə çağırıb:
“Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən,
bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin,
hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, belə hava
şəraitində baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaranan çətinlikləri
nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına
xüsusilə ciddi riayət edilməlidir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”