9b6544cc-76b4-412c-b190-2888c8a8abff..jpg

FHN-in İdman-sağlamlıq klubunda görüş keçirilib – FOTO

Baxış sayı: 887 dəfə baxılıb.

FHN-in İdman-sağlamlıq klubunda görüş keçirilib – FOTO

22-26 mart 2023-cü il tarixlərində İspaniyanın Qvadalahara şəhərində Dünya
Karate Federasiyasının təşkilatçılığı ilə karate üzrə böyüklər və
para-karateçilər arasında 58-ci Avropa çempionatı keçirilib.

Yarışda 4 para-karateçi ilə təmsil olunan Azərbaycanın para-karate üzrə milli
komandası əzmkar mübarizə apararaq yüksək nəticələr əldə etməyi bacarıb. Belə
ki, kata üzrə para-karateçilər arasında Fövqəladə Hallar Nazirliyinin
para-karate komandasının üzvləri Nihat Məmmədzadə və Eldar Əhmədov yarışın
gümüş medalının sahibi olublar. Qaliblər Avropa Karate Federasiyasının medalı
ilə təltif ediliblər.

Qeyd edək ki, para-karateçilərimiz çempionatda ümumi medal sıralamasında 2-ci
olublar.
Para-karateçilərin şəxsi məşqçiləri 1-ci dan qara kəmər sahibi Xəyal
Məmmədov, 6-cı dan qara kəmər sahibi Rafael Məmmədov, komanda üzrə məşqçi isə
karate üzrə ikiqat Dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar
Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

Bundan əlavə 28-30 mart 2023-cü il tarixlərində Bakı İdman Sarayında
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş
Federasiyasının təşkilatçılığı ilə U-20 gənclər arasında sərbəst və yunan-Roma
güləşi üzrə Azərbaycan çempionatı keçirilib.
Çempionatda 96 klubdan 250-yə yaxın idmançı öz qüvvələrini sınayaraq əzmkar
mübarizə aparıblar. Yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin güləş
üzrə yığma komandasının üzvü 79 kq çəki dərəcəsində Nihad Əsgərov
İdman-sağlamlıq klubunun baş zabiti, leytenant Elmir Qəmbərovun rəhbərliyi
altında yüksək nəticə əldə etməyi bacarıb. Belə ki, o çempionatda 4 görüş
keçirərək bürünc medalın sahibi olub. Qalib Gənclər və İdman Nazirliyinin,
Azərbaycan Güləş Federasiyasının diplom və medalı ilə təltif olunub.

FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çempionatlarda
uğur qazanmış idmançılar ilə görüşərək qazandıqları nailiyyətlərə görə onları
təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

Source link