d83d0267-5812-47be-b202-f3786314dd13..jpg

FHN-in İdman-sağlamlıq klubunda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan çempionat yekunlaşdı – FOTO

Baxış sayı: 1. 029 dəfə baxılıb.

FHN-in İdman-sağlamlıq klubunda Heydər Əliyevin 100 illik yubileyinə həsr
olunan çempionat yekunlaşdı – FOTO

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun idman bazasında 15-17
mart 2023-cü il tarixlərində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr
olunmuş çoxnövçülük üzrə çempionat keçirilib.

Cixisyolu.com xəbər verir ki, İdman-sağlamlıq klubunun və Fövqəladə Hallar Nazirliyi
işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşdırılan
çempionat 3 gün davam edib.

FHN-in Aparatı və qurumlarının ümumilikdə 19 komandasından 65-ə yaxın
əməkdaşın qatıldığı birincilikdə əməkdaşlar 100 və 1000 metr məsafəyə qaçış,
daşqaldırma və turnikdə dartınma növlərində həm şəxsi, həm də komanda hesabında
qüvvələrini sınayıblar.

Çempionatın bağlanış mərasimində, əvvəlcə Dövlət Himni səsləndirilib,
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qalib idmançıları təbrik edən FHN-in İdman-sağlamlıq klubunun rəis müavini
mayor Bəhruz Ağayev, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman
İsmayılov və İdman-sağlamlıq klubunun hüquq məsləhətçisi Həmdiyyə Məmmədov
müasir, müstəqil Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin Ulu Öndər
Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.

Ümummilli Liderin digər sahələrdə olduğu kimi, ölkə idmanının inkişaf
strategiyasını da müəyyənləşdirdiyini qeyd edən natiqlər, bu istiqamətdə
aparılan kompleks tədbirlər nəticəsində qısa müddətdə böyük uğurların
qazanıldığını bildiriblər.

Vurğulanıb ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident,
Müzəffər Ali Baş Komandanİlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün
Azərbaycan sözün əsl mənasında idman ölkəsinə çevrilib, dünya idman
arenalarında respublikamızı layiqincə təmsil edən idmançılar yetişib.

Sonra çempionatda uğur qazanmış komandalar və şəxsi birincilikdə fərqlənən
idmançılar təltif olunublar. Bakı Regional Mərkəzi komanda hesabında birinci
olub. İkinci yerə Dövlət Yanğından Mühafizə Xidmətinin, üçüncü yerə isə FHN-in
Akademiyasının komandaları layiq görülüblər.

Şəxsi yarışlarda çempion adını Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı
Cəlal Süleymanov qazanıb. İkinci yerə Muğan Regional Mərkəzinin əməkdaşı Elmir
Əhədov, üçüncü yerə isə Şimal Regional Mərkəzinin əməkdaşı Rəfail Şirəliyev
sahib olublar.

Sonda qaliblərə kubok, diplom, medal və qiymətli hədiyyələr təqdim olunub.

Source link