d96553eb-3783-4948-9816-ed8bccc2f7c8..jpg

FHN-in İdman-sağlamlıq klubunda ilin yekunlarına həsr olunmuş tədbir keçirildi – FOTO

Baxış sayı: 901 dəfə baxılıb.

FHN-in İdman-sağlamlıq klubunda ilin yekunlarına həsr olunmuş tədbir keçirildi
– FOTO

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda ilin yekunlarına həsr
olunmuş tədbir keçirilib.

Cixisyolu.com xəbər verir ki, tədbirdə komandaları idman tədbirlərində fəal iştirak
etmiş və mükafat qazanmış FHN-in struktur bölmələrinin rəhbərliyi və beynəlxalq
miqyaslı tədbirlərdə, o cümlədən dünya, Avropa çempionatlarında yüksək
nəticələr göstərmiş idmançı-əməkdaşlar iştirak edib.

Əvvəlcə, tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş
şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik
Füzuli Musayev 2022-ci ildə Nazirliyin əməkdaşlarının idman sahəsində
qazandıqları uğurlar barədə məlumat verib.

Sonra FHN-in İdman-sağlamlıq klubunun fəaliyyətini əks etdirən film nümayiş
olunub.

Daha sonra tədbirdə çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri
Mehman İsmayılov klubun işini yüksək qiymətləndirib, kollektivə uğurlar,
idmançı-əməkdaşlara yeni nailiyyətlər arzulayıb.

Sonda 2022-ci ildə keçirilmiş idman tədbirlərində komandaları yüksək nəticələr
göstərmiş FHN-in qurumları İdman-sağlamlıq klubu və FHN işçilərinin Həmkarlar
İttifaqının birgə təsis etdiyi müvafiq dərəcəli kuboklarla, beynəlxalq miqyaslı
yarışlarda nəticələr göstərmiş idmançı-əməkdaşlar isə fəxri fərman və qiymətli
hədiyyələrlə mükafatlandırılıblar. Həmçinin, Nazirliyin müvafiq struktur
bölmələrinə qazanılan yüksək nəticələrə görə xatirə hədiyyəsi təqdim edilib.

Bundan əlavə, tədbirdə media nümayəndələri də FHN-in il ərzində keçirdiyi
idman yarışlarının işıqlandırılmasında göstərdikləri peşəkarlığa və xidmətlərə
görə təltif olunublar.

Source link