8cf293ac-65db-44e4-a50d-2ea555aa2ece..jpg

FHN-in karateçiləri növbəti uğurlara imza atıblar – FOTO

Baxış sayı: 1. 047 dəfə baxılıb.

FHN-in karateçiləri növbəti uğurlara imza atıblar – FOTO

20-22 yanvar 2023-cü il tarixlərində Bakı İdman sarayında Azərbaycan Milli
Karate Federasiyası və “Arpaçay” karate klubunun təşkilatçılığı ilə 20 Yanvar
şəhidlərinin xatirəsinə həsr olunmuş uşaqlar, yeniyetmələr, gənclər, böyüklər
və veteranlar arasında 7-ci “Arpachay Open” Beynəlxalq Karate Turniri keçirilib.

Turnirdə altı ölkədən (Azərbaycan, Rusiya, Küveyt, Qazaxıstan, Özbəkistan,
Çexiya) 650-dən çox idmançı mübarizə aparıb. Yarışda 30 idmançı ilə təmsil
olunan FHN-in İdman-sağlamlıq klubunun karate komandası məşqçi müəllimlər
Coşqun Sadıqov, Bilal Məmmədov və Akif Kərimovun rəhbərliyi altında yüksək
nəticələr əldə etməyi bacarıb.

Belə ki, kumite yarışlarında qızlar və oğlanlar arasında müxtəlif yaş
qruplarında mübarizə aparan FHN-in karate komandasının uşaq və yeniyetmələrdan
ibarət idmançıları: +40 kq çəki dərəcəsində Malik Məmmədli, -45 kq çəki
dərəcəsində Sadiq Bağırov, -52 kq çəki dərəcəsində Əli Səfərov qızıl, -42 və
-47 kq çəki dərəcələrində Fatma Hacıyeva, -40 kq çəki dərəcəsində Zeynal
Məmmədzadə, -30 kq çəki dərəcəsində Nəzrin Şahməmmədli gümüş, -25 kq çəki
dərəcəsində Ramal Şahməmmədli, -30 kq çəki dərəcəsində Sahil Nurəliyev, -61 kq
çəki dərəcəsində Mədinə Baratzadə və +70 kq çəki dərəcəsində Əli Ramazanlı
bürünc medalın sahibi olublar.

Bundan əlavə, böyüklər arasında kumite yarışlarında -75 kq çəki dərəcəsində
Nicat Kərimli, -84 kq çəki dərəcəsində Ehram Quliyev fəxri kürsünün ən yüksək
pilləsinə qalxıblar. +84 kq çəki dərəcəsində Ehram Quliyev gümüş, -60 və +60 kq
çəki dərəcələrində isə Mərhəmət Qasımov bürünc medala yiyələniblər.

Turnirdə ümumilikdə FHN-in karate komandası beş qızıl, beş gümüş və altı
bürünc medal qazanmaqla yüksək nəticə əldə edib. Qaliblərə “Arpaçay” karate
klubunun diplom və medalları təqdim olunub.

24 yanvar 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq
klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançılar ilə
görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, FHN-in karate komandasının əsas məşqçisi ikiqat dünya çempionu,
səkkizinci dan qara kəmər sahibi, FHN-in İdman-sağlamlıq klubunun rəisi
polkovnik Füzuli Musayevdir.

Source link