bbf352df-0f6f-4e28-8c9a-9bd3f98a9d43..jpg

FHN-in təyyarə ilə yola saldığı ikinci mobil səhra hospitalı Türkiyəyə çatıb – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 1. 084 dəfə baxılıb.

FHN-in təyyarə ilə yola saldığı ikinci mobil səhra hospitalı Türkiyəyə çatıb –
YENİLƏNİB + FOTO/VİDEO

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü
zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar
Nazirliyinin ikinci mobil səhra hospitalı bu gün təyyarə ilə qardaş ölkəyə yola
salınıb.

Hospitalı aparan təyyarə artıq İncirlik hava limanına eniş edib.

18:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq,
Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan
qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin hər cür tibbi avadanlıq və
ləvazimatlarla təchiz olunmuş ikinci mobil səhra hospitalı qardaş ölkəyə
göndərilib.

Cixisyolu.com-ın məlumatına görə, yardımın yığıldığı təyyarə Türkiyənin zəlzələ
bölgəsinə yola düşüb.

12:13

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü
zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə
əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti
yardımlarının qardaş ölkəyə yola salınması üçün hazırlıq işləri görülür.

Cixisyolu.com-ın məlumatına görə, yardım yaxın saatlarda təyyarə ilə Türkiyənin
zəlzələ bölgəsinə yola düşür.

Humanitar yardıma tibbi ləvazimatlarla birlikdə bir mobil səhra hospitalı və
18 nəfərdən ibarət tibb personalı daxildir.

Qeyd edək ki, fevralın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına
uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan
qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 725
nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.

Eyni zamanda, humanitar yardım üçün FHN-in maşın karvanı, tibbi avadanlıq və
ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı, çadırlar, yataq dəstləri,
qızdırıcılar, masalar, oturacaqlar və digər avadanlıqlar da göndərilib.

Əvvəlcədən göndərilən mobil səhra hospitalında FHN-in peşəkar tibbi heyəti
artıq ərazidə xidmət aparır.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində
Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye,
Hatay, Kilis, Malatya və Elazığda 20 665 nəfər həyatını itirib, 80 088 şəxs
xəsarət alıb.

Ölənlər arasında, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, beş
nəfər azərbaycanlı var.

İlhamə Əbülfət


Source link