af18f78d-625f-46fd-80bb-0d5c74b137d4..jpg

FHN-in Türkiyədəki mobil səhra hospitallarında 930 nəfərə tibbi xidmət göstərilib – FOTO/VİDEO

Baxış sayı: 712 dəfə baxılıb.

FHN-in Türkiyədəki mobil səhra hospitallarında 930 nəfərə tibbi xidmət
göstərilib – FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə fəaliyyət göstərən mobil səhra
hospitallarında 167-si azyaşlı olmaqla 930 nəfərə tibbi xidmət göstərilib.

Bu barədə FHN-dən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən
Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək
məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra
hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda
fəaliyyətini davam etdirir.

Hospitallarda ötən günlər ərzində 167-si uşaq olmaqla 930 nəfərə yüksək
səviyyəli tibbi xidmət göstərilib. Hər cür müayinə və müalicə imkanlarına malik
mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.


Source link