FHN-nin dəstə rəisi işdən niyə çıxarılıb? – İDDİA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin dəstə
rəisi Toğrul Məmmədov işdən çıxarılıb.
Qaynarinfo.az-ın məlumatına görə, onun işdən çıxarılmasına səbəb kimi
rəhbərliklə aqressiv davranış, geyim formasını pozması, şəxsi avtomobilini
deponun qarşısında saxlamaqla yanğınsöndürən maşınların giriş-çıxışına mane
olması göstərilib.
Toğrul Məmmədov isə bu ittihamlarla razılaşmayaraq məhkəməyə müraciət edib. O,
Bakı İnzibati Məhkəməsində FHN-ə qarşı işə bərpa və əmək haqqının ödənilməsi
ilə bağlı iddia qaldırıb. İşə hakim Bəhlul Cəlalovun sədrliyi ilə baxılıb.
Məhkəmə prosesində də Torğul Məmmədovun işdən çıxarılması kimi yuxarıda qeyd
etdiklərimiz göstərilib. İddiaçı isə deyilənlərin əsassız olduğunu bildirib.
Bununla belə, Toğrul Məmmədovun iddiasını təmin edilməyib. Lakin onun geri
çəkilmək niyyətində olmadığını, qərardan apellyasiya şikayəti verəcəyi
bildirilir.
Bayram günləri olduğundan məsələ ilə bağlı FHN-dən mövqe öyrənmək mümkün
olmayıb.