FHN əhaliyə müraciət edib

FHN əhaliyə müraciət edib

Baxış sayı: 3. 928 dəfə baxılıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə əməl edilməsi ilə bağlı əhaliyə müraciət edib.

ÇıxışYolu.Com-ın məlumatına görə, müraciətdə qeyd olunur ki, Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir: 

bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;

tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;

tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;

tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;

yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Hər hansı təhlükəli hal yaranarsa, 112-yə zəng etmək tövsiyə olunur. 

.
www.ÇıxışYolu.Com