2d15b7de-34ae-4d90-8b46-bf11ac7b1066..jpg

FHN: Ötən sutka ərzində 16 yanğına çıxış olub

Baxış sayı: 989 dəfə baxılıb.

FHN: Ötən sutka ərzində 16 yanğına çıxış olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər
əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 16
yanğına çıxış, 8 halda köməksiz vəziyyətdə qalma və 1 yol-nəqliyyat hadisəsi
faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində
yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin
edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla
11 nəfər, o cümlədən Zaqatala şəhərində “Niva”, BMW və “Hyundai” markalı üç
minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat
vasitəsində köməksiz vəziyyətdə qalmış 1 nəfər xilas edilib, yanğın zamanı 1-i
azyaşlı olmaqla 3 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, həmçinin Bakı
şəhəri, Binəqədi rayonunda 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək
aidiyyəti üzrə təhvil verilib.

Source link