d7225b28-8689-43ef-9ea3-c8493d4a3fad..jpg

FHN xilasedicilərinin ikinci qrupu Türkiyədən geri qayıdır – FOTO/VİDEO

Baxış sayı: 814 dəfə baxılıb.

FHN xilasedicilərinin ikinci qrupu Türkiyədən geri qayıdır – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq,
Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan
qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına iştirak edən Fövqəladə Hallar
Nazirliyinin çevik xilasetmə qüvvələrinin 2-ci qrupu təyyarə ilə Vətənə qayıdır.

Cixisyolu.com xəbər verir ki, azərbaycanlı xilasediciləri gətirən təyyarə yaxın
saatlarda Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edəcək.

Xatırladaq ki, dünən Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə
qüvvələrinin 1-ci qrupu ölkəyə qayıdıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık
rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib.
Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.
Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi
elan olunub.

Zəlzələnin ilk günü – fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun
olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə
qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 8-də isə Fövqəladə Hallar Nazirliyinin
daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə göndərilib.


Source link