FIA prezidenti səhhəti ilə əlaqədar tibbi yardıma və dəstəyə görə təşəkkür
etdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Mohammed ben Sulayem
Heydər Əliyev Mərkəzində keçirilən FIA Baş Assambleyasının yekun iclasında
səmimi çıxışı ilə diqqət çəkib.
Belə ki, FIA prezidenti Bakıda qaldığı hoteldə otaqda yıxıldığını və
səhhətində yaranmış durumla bağlı FIA-nın son toplantılarına qatıla bilmədiyini
deyib:
“Səhhətimdə gözlənilməz halla bağla Bakıda mənə göstərilən təcili tibbi
dəstəyə görə Azərbaycan Avtomobil Federasiyasının komandasına və
federasiyasının prezidenti Anar Ələkbərova təşəkkürümü çatdırmaq istəyirəm.
Komandanın dəstəyi nəticəsində dərhal xəstəxanaya yerləşdirildim və hər bir
məqam həkimlərin, AAF komandasının tam nəzarətinə götürüldü”.
Qeyd edək ki, FIA prezidenti yerləşdirildiyi xəstəxanadan artıq ötən gün gecə
buraxılıb və bu gün səhərdən FIA Baş Assambleyasının iclaslarında iştirak edir.