89f79d97-efe7-46cb-9de3-cce665b5656f..jpg

FIBA Avropa Kuboku: “Sabah” Türkiyə klubuna uduzub

Baxış sayı: 424 dəfə baxılıb.

FIBA Avropa Kuboku: “Sabah” Türkiyə klubuna uduzub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sabah” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti
oyununu keçirib.

Cixisyolu.com xəbər verir ki, Azərbaycan təmsilçisi 5-ci matçında Türkiyə klubu
“Bağçaşəhər”in qonağı olub.

İstanbulda yerləşən Ülkər İdman Zalında təşkil olunan görüş rəqibin qələbəsi
ilə yekunlaşıb – 99:80.

Qeyd edək ki, “Sabah” qrupda keçirdiyi 4 oyunun 3-də məğlub olub, 1-də qələbə
qazanıb. Azərbaycan çempionu “Bağçaşəhər”lə Bakıda keçirdiyi matçda rəqibinə
65:83 hesabı ilə uduzub. “Sabah” hazırda 5 xalla D qrupunda üçüncü pillədə
qərarlaşıb.

Source link