3e0e7056-3ec8-4e6b-b951-fa56debe4b3c..jpg

Fidan Blinkenlə F-16-ların Türkiyəyə satışını müzakirə edib

Baxış sayı: 579 dəfə baxılıb.

Fidan Blinkenlə F-16-ların Türkiyəyə satışını müzakirə edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin xarici işlər naziri Hakan Fidan qarşı tərəfin xahişi ilə bu gün ABŞ
dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.

Söhbət zamanı Fidan Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr
Komitəsinin dünən qəbul etdiyi qərara istinad edərək, İsveçin NATO-ya üzvlüyü
ilə bağlı prosesin parlamentin məsuliyyəti altında davam etdiyini bildirib.

O, qeyd edib ki, F-16 satışı ilə bağlı ABŞ administrasiyası və Konqresinin
müttəfiqlik ruhuna uyğun hərəkət etməsi və üzərinə götürülmüş öhdəliklərin
yerinə yetiriləcəyi gözlənilir.

Söhbət zamanı Qəzzadakı son hadisələr də müzakirə edilib. Türkiyə xarici işlər
naziri xatırladıb ki, Qəzzada atəşkəs olmalı və daimi sülh danışıqları ən qısa
zamanda başlamalıdır.

Mənbə: TRT

Source link