856a8e88-d79d-4500-90da-8a528e6937f7..jpg

Fidan və Blinken Qarabağdakı vəziyyəti müzakirə ediblər

Baxış sayı: 450 dəfə baxılıb.

Fidan və Blinken Qarabağdakı vəziyyəti müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken
Nyu-Yorkda taxıl sazişi, İsveçin NATO-ya qəbulu və Qarabağda baş verən son
hadisələri müzakirə ediblər.

“Bu gün BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində baş tutan görüş
45 dəqiqə davam edib. Görüşdə iki ölkə arasında münasibətlərin inkişafı üçün
qarşıdakı dövrdə atılacaq konkret və konstruktiv addımlar ətrafında fikir
mübadiləsi aparılıb. Söhbət zamanı həmçinin Qara dəniz taxıl təşəbbüsü, İsveçin
NATO-ya üzvlüyü və Qarabağdakı son hadisələr də müzakirə edilib”, – Türkiyə
Xarici İşlər Nazirliyindən bildirilib.

Mənbə: TRT

Source link