6b01c48d-16ab-4952-98d2-49344784080d.jpg

FIDE-nin reytinq siyahısı tərtib olunub – Şəhriyar Məmmədyarov geriləyib

Baxış sayı: 45 dəfə baxılıb.

Beynəlxalq Şahmat Federasiyası (FIDE) oktyabr ayı üçün reytinq siyahısını
tərtib edib.

Cixisyolu.com xəbər verir ki, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov (2733)
bir pillə geriləyərək 18-ci yerdə qərarlaşıb.

31-ci pillədəki Teymur Rəcəbovun (2700) mövqeyində dəyişiklik olmayıb. Rauf
Məmmədov (2643) isə 10 pillə irəliləyərək 90-cı yerə yüksəlib. 100-cü olan
Aydın Süleymanlı (2637) ilk dəfə dünyanın ən yaxşı 100 qrosmeysteri arasına
düşüb.

Siyahıya norveçli Maqnus Karlsen (2831) başçılıq edir. ABŞ təmsilçisi Hikaru
Nakamura (2802) ikinci, hindistanlı Arjun Eriqaisi (2797) üçüncüdür.

Azərbaycanın qadın şahmatçılarından Günay Məmmədzadə (2426) 34-cü, Gövhər
Beydullayeva (2402) 45-ci, Ülviyyə Fətəliyeva (2383) 67-ci, Xanım Balacayeva
(2362) isə 83-cü pillədə yer alıb. G.Beydullayeva 8, Ü.Fətəliyeva 1 pillə
irəliləyib.

Burada ilk üç pillədə çinli şahmatçılar – Yifan Hou (2632), Yu Venyun (2559)
və Ley Tinqji (2548) qərarlaşıblar.

Source link