Beynəlxalq Şahmat Federasiyası hazırkı prezident Kirsan İlyumjinovun təcili istefasını tələb edib.
ÇıxışYolu.Com RBK-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında deyilir.
7-8 aprel tarixlərində təşkilatın prezident şurasının Minskdə keçirilən iclasında hazırkı prezidentin erkən istefası məsələsi qaldırılıb.
İlyumjinovun erkən istefasının lehinə 14 nəfər, əleyhinə cəmi bir nəfər səs verib, bitərəf olmayıb.
Səbəb İlyumjinovun ABŞ-ın sanksiyalılar siyahısında olması və buna görə də təşkilatın maliyyə çətinlikləri yaşaması olub.
Məlum olub ki, FİDE şurası Moskva ofisini bağlamağa qərar verib.