fc52a929-d3d0-4e9c-8615-fcfccf2a7080..jpg

FIDE reytinqi: Şəhriyar Məmmədyarov irəliləyib, Teymur Rəcəbov geriləyib

Baxış sayı: 422 dəfə baxılıb.

FIDE reytinqi: Şəhriyar Məmmədyarov irəliləyib, Teymur Rəcəbov geriləyib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Şahmat Federasiyası (FIDE) növbəti reytinq siyahısını açıqlayıb.

Cixisyolu.com FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ötən ayla müqayisədə
iki pillə irəliləyən Şəhriyar Məmmədyarov (2733) 17-ci sıraya yüksəlib.

Üç mövqe geriləyən Teymur Rəcəbov isə (2723) 28-ci ola bilib.

Rauf Məmmədov (2651) 85-ci yerdə qalıb. İddiaçılar Turnirində iştirak edəcək
Nicat Abasov 100-lükdən kənardadır.

Siyahıya norveçli Maqnus Karlsen (2830) başçılıq edir. ABŞ-dən olan Fabiano
Karuana (2803) və bu ölkənin digər təmsilçisi Hikaru Nakamura (2789) üçlüyü
qapayırlar.

Qadın qrosmeysterlərdən Günay Məmməzadə (2436) 34-cü, Gövhər Beydullayeva isə
(2402) 46-cıdır. Bundan əlavə, Ülviyyə Fətəliyeva (2377) 72-ci, Xanım
Balacayeva (2371) 77-ci, Gülnar Məmmədova (2352) 99-cu pillədə qərarlaşıblar.

Siyahıya çinli Yifan Hou (2632) başçılıq edir. İkinci pillədə Venjun Ju
(2559), üçüncü sırada Aleksandra Qoryaçkina (2553) yer alıblar.

Source link