ef31ba41-160c-4379-8629-ab038a83482d..jpg

FİFA 2021-ci ilin ən gözəl qolu üçün Puşkaş mükafatına üç namizədi açıqladı – VİDEO

Baxış sayı: 2. 770 dəfə baxılıb.

FİFA 2021-ci ilin ən gözəl qolu üçün Puşkaş mükafatına üç namizədi açıqladı –
VİDEO

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) öz rəsmi saytında ilin
ən gözəl qolunu vuran futbolçuya verilən Ferens Puşkaş mükafatına namizədlərin
qısa siyahısını dərc edib.

Mükafata Avro-2020-də Şotlandiya ilə matçda meydanın mərkəzindən endirdiyi
zərbə ilə fərqlənən çexiyalı hücumçu Patrik Şik, Çempionlar Liqasının “Çelsi”
ilə matçında aşırma qol vuran “Portu”nun futbolçusu Mehdi Taremi və İngiltərə
Premyer Liqasının 14-cü turunda “Arsenal”a qol vuran “Tottenhem”in futbolçusu
Erik Lamela iddia edir.

Qeyd edək ki, Ferens Puşkaş mükafatı qalibinin adı yanvarın 17-də açıqlanacaq.

Mənbə: championat.com


Source link