FİFA Almaniya yığmasının əməkdaşlarını cərimələdi

Baxış sayı: 2. 769 dəfə baxılıb.

FİFA Almaniya yığmasının əməkdaşlarını cərimələdi

FİFA-nın Nizam-intizam komitəsi Almaniya yığmasının əməkdaşlarını cərimələyib.

ÇıxışYolu.Com-ın TASS-a istinadla verdiyi xəbərə görə, buna səbəb Almaniya ilə İsveç arasında baş tutmuş oyundan sonrakı insident olub.

Alman komandasının oyunçuları və məşqçi heyəti Toni Kroosun qələbəsini isveç yığmasının skamyası qarşısında qeyd ediblər.

Bundan sonra İsveç yığmasının baş məşqçisi ilə alman komandasının oyunçuları arasında gərginlik yaşanıb.

Buna görə də, FİFA Almaniyanın Futbol Federasiyasının ofis-meneceri Qeorq Bexlau və komandanın mətbuat katibi Uli Foyqtanı beş min isveçrə frankı məbləğində cərimələyib. Onlar həmçinin dünya çempionatı 2018 zamanı işlərindən kənarlaşdırılıb.

www.ÇıxışYolu.Com