7e464116-860c-42a4-9d54-f513e66eb02b..jpg

FIFA Braziliya və Argentinanı cərimələyib

Baxış sayı: 500 dəfə baxılıb.

FIFA Braziliya və Argentinanı cərimələyib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Futbol Federasiyası (FİFA) Braziliya Futbol Konfederasiyası (CBF)
və Argentina Futbol Assosiasiyasını (AFA) 2026-cı il dünya çempionatının seçmə
oyunundan əvvəl baş verən iğtişaşlara görə cərimələyib.

Məlumata görə, Braziliya və Argentina milli komandaları arasında noyabrın
22-də Rio-de-Janeyrodakı “Marakana” stadionunda keçirilən oyun qonaqların 1:0
hesablı qələbəsi ilə başa çatıb. Görüş tribunalardakı iğtişaşlar səbəbindən
yarım saat gecikmə ilə başlayıb.

Azarkeşlər arasında münaqişə dövlət himnlərinin səsləndirilməsi zamanı
başlayıb. Braziliyalılar Argentina himnini fitə basıblar, bundan sonra
toqquşmalar başlayıb, polis müdaxilə edib.

Argentina yığmasının kapitanı Lionel Messi komandasını meydandan
kənarlaşdırıb, matç tribunada münaqişə həll olunduqdan sonra başlayıb.

FIFA Braziliyanı “Marakana”da asayişi təmin etmədiyi üçün 50 000 İsveçrə
frankı (100 000 manat), Argentinanı isə 20 min İsveçrə frankı (40 000 manat)
məbləğində cərimələyib.

Mənbə: gazeta.ru

Source link