6ea2621a-191d-431f-925d-7b2d76932fc9..jpg

FİFA: “Bütün futbol matçları bir dəqiqəlik sükutla başlasın”

Baxış sayı: 913 dəfə baxılıb.

FİFA: “Bütün futbol matçları bir dəqiqəlik sükutla başlasın”

Beynəlxalq Futbol Federasiyası (FİFA) gələn həftənin sonuna qədər bütün futbol
matçlarının üçqat dünya çempionu braziliyalı Pelenin xatirəsinə bir dəqiqəlik
sükutla başlanması ilə bağlı çağırış edib.

Bu barədə FİFA-nın bütün 211 milli assosiasiyalarına müraciətində deyilir.

“FIFA bütün yarış təşkilatçılarını bu həftə sonu və ondan sonrakı həftə hər
futbol matçından əvvəl bir dəqiqəlik sükut saxlamağa çağırır”, – deyə FIFA-dan
bildirilib.

İngiltərə Premyer Liqası elan edib ki, dekabrın 30-dan yanvarın 1-dək
keçiriləcək çempionatın növbəti turunun bütün oyunları “Futbol Kralı”nın
xatirəsinə bir dəqiqəlik alqışlarla başlayacaq, bütün oyunçular isə sahəyə qara
sarğılarla çıxacaq.

Mənbə: “Sky News”

Source link