FİFA: DÇ tarixdə ilk dəfə qışda keçiriləcək

Baxış sayı: 2. 723 dəfə baxılıb.

FİFA: DÇ tarixdə ilk dəfə qışda keçiriləcək

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək davam edəcək.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə FİFA İcraiyyə Komitəsi qərar qəbul edib. 

28 gün davam edəcək çempionatın final oyunu dekabrın 18-i, Qətərin Müstəqillik Günündə keçiriləcək.

Bu barədə danışan FIFA-nın prezidenti Canni İnfantino bildirib ki, artıq bütün ölkələrin liqaları məlumatlandırılıb: “Əminik ki, əla çempionat olacaq. Çünki oyunçular mundiala əla formada qatılacaqlar”.

www.ÇıxışYolu.Com