FİFA dünya çempionatına ev sahibliyi etmək üçün üç təklif alıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
FİFA 2027-ci ildə qadınlar arasında keçiriləcək dünya çempionatına ev
sahibliyi etmək üçün üç təklif alıb.
Son müraciət ötən gün ABŞ və Meksikadan olub.
Adıçəkilən ölkələr dörd il sonra baş tutacaq mundiala birgə ev sahibliyi etmək
niyyətindədirlər. Daha əvvəl Braziliya, eləcə də, Belçika, Almaniya və
Niderlanddan ibarət “üçlük” quruma rəsmi sənəd təqdim etmişdi. Müraciət üçün
müddət artıq başa çatıb.
FİFA müraciət edən ölkələrə 2024-cü ilin fevralında yoxlama səfərləri təşkil
edəcək. Ali futbol qurumunun mayda keçiriləcək konqresində ev sahibi ölkə ilə
bağlı qərar veriləcək.
Qeyd edək ki, qadınlar arasında builki dünya çempionatını Avstraliya və Yeni
Zelandiya birgə qəbul ediblər.
Mənbə: championat.com