UEFA prezidenti Aleksandr Çeferin klub çempionatının formatını dəyişdirməsi və Millətlər liqası adlı yeni turnir yaratmasına görə FİFA rəhbəri Canni İnfantinonu sərt tənqid atəşinə tutub.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Inside The Games” məlumat yayıb.
Sloveniyalı rəhbərin sözlərinə görə, bu arsızcasına qəbul olunan islahatlardır. Çeferin ali futbol qurumunu “güzəştsiz merkantilizmdə” təqsirləndirib.
“Pul hərisi olan ayrı-ayrı şəxslərin futbol yarışlarının ruhunu kölgəli özəl fondlara satmağa hazırlaşmasını heç cür qəbul edə bilmirəm”, – deyə Çeferin gileylənib.
Nəşrin məlumatına görə, adı hələlik gizli saxlanılan konsorsium FİFA-ya Millətlər Liqasına iri məbləğli investisiya qoymağı təklif edib.
Qeyd edək ki, Millətlər Liqası sentyabr ayında start götürür.