7e8ad328-3dbc-488e-b126-ee3aeb8fed73..jpg

FIFA prezidenti COP29-a dəvət olunub – FOTO

Baxış sayı: 554 dəfə baxılıb.

FIFA prezidenti COP29-a dəvət olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfiri Fuad İsgəndərov Sürix şəhərinə
səfər edib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Beynəlxalq Futbol Federasiyaları
Assosiasiyasının (FIFA) qərargahında təşkilatın Baş katibi Mattias Grafström
ilə görüş keçirilib.

Səfir F.İsgəndərov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən BMT-nin İqlim
Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasında (COP29) iştirak ilə bağlı Beynəlxalq Futbol Federasiyaları
Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantinoya ünvanlanmış dəvətnaməni
qarşı tərəfə təqdim edib. Dəvət məktubu məmnunluqla qəbul olunub.

Görüşdə, həmçinin FIFA-nın Avropa üzrə regional direktoru Elxan Məmmədov və
İctimaiyyətlə əlaqələr üzrə meneceri Annaliza Tsakona iştirak ediblər.

Source link