FIFA prezidenti “Trabzonspor” – “Fənərbağça” matçında baş verənlərlə bağlı
çağırış etdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
FIFA prezidenti Canni İnfantino ötən gecə “Trabzonspor” – “Fənərbağça”
matçından sonra baş verənlərlə bağlı fikrini bildirib.
O bu barədə özünün sosial media hesabında paylaşım edib.
“Trabzonspor” – “Fənərbağça” qarşılaşmasından sonra baş verən zorakılıq
qətiyyən qəbuledilməzdir. Meydanda və ya meydandan kənarda, nə idmanımızda, nə
də cəmiyyətimizdə zorakılığa yer yoxdur. Bunu əvvəllər də demişəm, yenə də
deyirəm, futbolda istisnasız olaraq bütün oyunçuların, dünyanın hər yerindəki
bir çox insana böyük sevinc bəxş edən bir oyun nümayiş etdirmələri üçün
təhlükəsiz və etibarlı şərtlər olmalıdır. Mən müvafiq orqanlara bütün
səviyyələrdə buna hörmət edilməsini, Trabzonda baş verən sarsıdıcı hadisələrin
səbəbkarlarının əməllərinə görə cavab verməsinə çağırıram”, – deyə o,
paylaşımda qeyd edib.
Mənbə: Haber Global