FİFA prezidenti yeni çempionat yaradır

FİFA prezidenti yeni çempionat yaradır

Baxış sayı: 2. 580 dəfə baxılıb.

FİFA prezidenti Canni İnfantino futbol üzrə milli komandalar üçün yeni turnir yaratmağı planlaşdırır.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Ali futbol qurumu rəhbərinin ideyasına görə, yeni turnir bir növ “mini-dünya çempionatı” formatında olacaq və 2021-ci ildən etibarən iki ildən bir, oktyabr və ya noyabr aylarında keçiriləcək.

“Final 8” (Səkkizliyin finalı) adlı turnirdə səkkiz milli yığmanın iştirakı nəzərdə tutulur.

İnfantino eyni zamanda dünya çempionatından bir il qabaq keçirilən Konfederasiyalar kubokunu ləğv etmək niyyətindədir.

.
www.ÇıxışYolu.Com