9881abe5-8f7b-4554-9ee2-4963f580cb6a..jpg

FIFA rəhbərinin təklifini ilk yerinə yetirən ölkə məlum oldu – FOTO

Baxış sayı: 4. 049 dəfə baxılıb.

FIFA rəhbərinin təklifini ilk yerinə yetirən ölkə məlum oldu – FOTO

Stadiona futbol əfsanəsi Pelenin adının verilməsini qərara alan ilk ölkə
Kabo-Verde oldu.

Bu barədə ölkənin Baş naziri Uliss Korreyra Silva özünün sosial şəbəkə
hesabından məlumat verib.

Onun sözlərinə görə, əvvəllər “Kabo-Verde Milli Stadionu” adlanan 15 min
nəfərlik arena bundan sonra “Pele Stadionu” adlanacaq.

Silva bu qərarı ölkəsinin Braziliya tarixi və mədəniyyəti ilə ayrılmaz əlaqəsi
ilə izah edib.

“Kabo-Verde və Braziliyanın əl-ələ verən tarixi və mədəniyyəti var. Bunlar həm
dil, həm də digər sahələrdə bağlı olan iki qardaş ölkədir”, – deyə hökumət
başçısı bildirib.

Qeyd edək ki, Kabo-Verde Atlantik okeanda bir neçə əsr Portuqaliyanın
müstəmləkəsi olmuş ada dövlətidir. Ölkənin milli komandası FIFA reytinqində
72-ci yeri tutur.

Xatırladaq ki, FIFA prezidenti Canni İnfantino bütün dünya ölkələrindən
stadionların ötən il dekabrın 29-da dünyasını dəyişən əfsanəvi braziliyalının
şərəfinə adlandırılmasını xahiş etmişdi.

Mənbə: Live Result

Source link