FIFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqasının Liqa mərhələsinin I
turunda keçiriləcək “Boraç” (Bosniya və Herseqovina) – “Panatinaikos”
(Yunanıstan) oyununa təyinat alıb.
Cixisyolu.com AFFA-nın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, ona meydanda Elşad
Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR
hakimləri İnqilab Məmmədov və fransalı Benua Miyo olacaqlar.
Oktyabrın 3-də Banya-Luka şəhərinin eyniadlı stadionunda keçiriləcək görüş
Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.