Fil cəmdəyi 500-dən artıq kərkəsin ölümünə səbəb oldu

Baxış sayı: 2. 914 dəfə baxılıb.

Fil cəmdəyi 500-dən artıq kərkəsin ölümünə səbəb oldu

Botsvananın Mərkəzi dairəsində ən azı 537 kərkəs brakonyerlər tərəfindən zəhərlənmiş fil qalıqlarını yedikdən sonra ölüb.

RİA Novosti”nin məlumatına əsasən, bu barədə Botsvana hökumətinin yaydığı bəyanatda deyilir. 

Quşların ölümünə üç filin qalıqlarındakı kimyəvi maddələr səbəb olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəliblər.

Quşların hansı maddələrlə zəhərləndiyini müəyyənləşdirmək üçün cəmdək nümunələri artıq laboratoriyaya çatdırılıb.