Fil nəzərdə tutulmayan yerdə düşərgə quran turisti öldürdü

Baxış sayı: 2. 108 dəfə baxılıb.

Fil nəzərdə tutulmayan yerdə düşərgə quran turisti öldürdü

Namibiyada filin hücumuna məruz qalan avropalı turist həlak olub. Bu barədə “Namibian” nəşri məlumat yayıb.

Avstriyadan olan turist nəzərdə tutulmayan yerdə qurulmuş düşərgədə qalırmış. Hadisələrin gedişatı, filin turistə hansı səbəbdən hücum etməsi haqqında dəqiq məlumat hələlik verilməyib.

Lakin ölkənin Ətraf aləm və Turizm Nazirliyi “Facebook” hesabında baş verənləri belə şərh edib:

“Nazirlik 59 yaşlı Avstriya vətəndaşı olan turistin səhər saatlarında Kunenedə Xuab çayı yaxınlığında bir qrup turist tərəfindən salınmış düşərgədə öldürüldüyü haqqında məlumat əldə edib”.