Filipp Kirkorov cərimələndi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Moskva məhkəməsi rusiyalı müğənni Filipp Kirkorova vergi və rüsumlar üzrə 8
milyon rubla (154 min manat) yaxın cərimə kəsib.
Bu barədə məhkəmədən məlumat verilib.
“Məhkəmə Filipp Kirkorovdan 2022-ci il üçün vergi və rüsumlar üzrə 7 972 985
rubl məbləğində borcun tutulması barədə qərar verdi. Həmçinin Moskva şəhərinin
büdcəsinə 24 032 rubl 46 qəpik (463 manat) məbləğində dövlət rüsumunun
ödənilməsi də qərara alınıb”, – deyə məhkəmənin bəyanatında bildirilib.
Mənbə: KP.ru