dd18de17-a048-4d68-972e-fbef5d8e4d47..jpg

Filipp Kirkorov məhkəməyə verildi – FOTO

Baxış sayı: 809 dəfə baxılıb.

Filipp Kirkorov məhkəməyə verildi – FOTO

Rusiyanın Moskva şəhərinin Taqanski Məhkəməsi pravoslav aktivist Mixail
Feodoridinin müğənni Filipp Kirkorova qarşı qaldırdığı iddianı baxılması üçün
qəbul edib.

Aktivist Kirkorovun musiqili klipində xaçdan səhnə obyekti kimi istifadə
edilməsinə və bununla da dini hisslərin təhqir edilməsinə görə mənəvi zərərin
ödənilməsini tələb edib.

Bu barədə məhkəmədən məlumat verilib.

“Məhkəmə tərəfindən Feodoridinin Kirkorova qarşı mülki iddiası qeydə alınıb”,
– deyə məlumatda bildirilib.

İddiaya baxılacağı tarix hələ müəyyən edilməyib.

Kirkorovun nümayəndəsi Aleksandr Dobrovinski aktvistlərin dindarların
hisslərini təhqir etdiyi ilə bağlı ittihamları rədd edib.

“Birincisi, indi də bəzilərinə rahatlıq verməyən xaçla bağlı səhnə Mariya
Maqdalenaya sitayiş kimi nəzərdə tutulub. Filipp Bedrosoviç çarmıxa qalxır və
bu müqəddəsin qarşısında diz çökür. Amma artisti ləkələmək niyyətində olan hər
kəs görmək istədiyini və ya özünə sərf edəni görür”, – deyə Dobrovinski
artistin yaradıcılıq azadlığı prinsipləri haqqında xatırladıb.

Mənbə: TASS

Source link