Qeyri-adi fikirləri ilə gündəmə gələn Filippin prezidenti Rodrigo Duterte bu dəfə etdiyi etirafla dünyaya səs salıb.
Rodrigo Duterte bir dövrlər homoseksual olduğunu, sonra isə müalicə olunaraq sağaldığını bildirib.
Filippin prezidenti onu tənqid edən senator Antonio Trillanesin homoseksual olduğunu iddia edib və keçmiş arvadı Elizabet Zimmerman ilə evli olduğu dövrdə özünü bir az homoseksual hiss etdiyini deyib. Prezident bu xanımdan 2000-ci ildə ayrılıb.Honeylet Anasena ilə evləndikdən sonra müalicə olunduğunu qeyd edən Duterte əlavə edib:
“Yenidən kişi oldum. Gözəl qadınlar məni sağaltdı. Artıq yaraşıqlı kişilərə nifrət edirəm. İndi gözəl qadınları sevirəm”.
Qeyd edək ki, 73 yaşlı Duterte ötən il Cənubi Koreyaya səfəri zamanı evli bir qadını dodağından öpdüyünə görə gündəmə gəlmişdi. Həmçinin onun ABŞ prezidenti Barak Obamanı “fahişənin oğlu” adlandırması uzun müzakirələrə və siyasi qalmaqala səbəb olmuşdu.
Bir müddət öncə isə o ölkəsində əxlaqsızlıq yuvalarının məhv edilməsi məqsədi ilə əsgərlərinə fahişələrin cinsiyyət orqanlarına atəş açmağı tapşırıb. Bununla da o əxlaqsız qadınları “yararsız hala salmağı” planlaşdırıb.