Filippin prezidenti Rodriqo Dutertenin Seulda diaspora üzvü olan qadını dodaqlarından öpməsi feministlərin qəzəbinə tuş gəlib.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “Euronews” məlumat yayıb.
Duterte özü bunun bir zarafat olduğunu bildirib. Filippin prezidenti ilə öpüşən evli qadın Bea Kim də jurnalistlərdən məsələni həddindən artıq şişirtməməyi xahiş edib.
Habelə filippinli feministlərin iddiasına görə, bu öpüş dövlət başçısının qadınlara qarşı “seksist münasibətinin” bariz nümunəsidir.
“Kimlərisə əyləndirmək məqsədi ilə qadını öpmək olmaz. Bu onun qadınlara olan münasibətindən xəbər verir. Onun qadına bir əyləncə vasitəsi kimi yanaşdığını göstərir. O, düşünür ki, başqa insanlar, xüsusilə qadınlar üzərində öz hökmranlığını açıq-aşkar nümayiş etdirmək olar” ,- deyə “Qabriela” qadınlar partiyasının baş katibi Homs Salvador bildirib.