Filippin ABŞ sanksiyalarına görə Rusiya istehsalı olan helikopterləri almaqdan imtina edib.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Filippinin müdafiə naziri Delfin Lorenzan deyib.
O bildirib ki, bunun əvəzində ölkəsi ABŞ istehsalı olan helikopterlər alacaq.
Bildirilir ki, Filippin 240 milyon dollara 16 ədəd “Black Hawk” helikopteri alacaq. Müvafiq müqavilə 2019-cu ildə imzalanacaq.
Qeyd edək ki, Manila Rusiyadan müasir Mİ-171 helikopterləri almaq niyyətində idi.
ÇıxışYolu.Com yeniləndi!