Filippinin şimalında ağır yol qəzası nəticəsində iki nəfər həyatını itirib, 57 nəfər yaralanıb.
“Xinhua” agentliyinin yerli polis rəsmilərinə istinadən verdiyi məlumata görə, qəza Keson əyalətində gecə saatlarında avtobus və yük maşının toqquşması nəticəsində baş verib.
İlkin məlumata görə, yük maşınının sürücüsü döngədə idaretməni itirib və avtobusa çırpılıb. Hər iki sürücünün hadisə yerində keçindiyi bildirilir.