Filippində ard-arda 3 zəlzələ oldu – Ölənlər var

Baxış sayı: 3. 009 dəfə baxılıb.

Filippin sahillərində son 3 üç saatda 5,4-dən 6 maqnutuda gücədək üç zəlzələ olub.

Rappler” nəşri bildirir ki, bu barədə Avropa –Aralıq dənizi seysmoloji xidməti (EMSC) xəbər verir.

Məlumata əsasən, ən azı 8 nəfər ölüb, onlarla insan xəsarət alıb. 

İlk yeraltı təkan yerli vaxtla 4:15-də (Bakı vaxtı ilə 00:15) hələ çoxları yatarkən olub.

Bildirilir ki, yeraltı təkanlar İtbayyat adasından 14 km şərqdə yerin 10 km dərinliyində qeydə alınıb.