Filippində “Manqxut” qasırğası nəticəsində ölənlərin sayı 65-ə çatıb.
ÇıxışYolu.Com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı “Rappler” portalı məlumat yayıb.
“Sentyabrın 17-də “Manqxut” qasırğası nəticəsində ölənlərin sayı 65-ə çatıb, ölüm hallarından 54-ü Kordilyer regionunda qeydə alınıb”, – məlumatda bildirilib.
Qeyd edilib ki, 43 nəfərin taleyi ilə bağlı məlumat yoxdur, 64 nəfər isə xəsarət alaraq, xəstəxanalara yerləşdirib.
“Manqxut” qasırğası cümə günü Flippinin şimal-şərq sahillərinə çatıb.