Filippində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Filippinin cənubundakı Davao de Oro əyalətində baş verən sürüşmə nəticəsində
ölənlərin sayı 54-ə çatıb, daha 63 nəfər isə hələ də itkin düşmüş hesab olunur.
Bu barədə yerli hakimiyyət orqanları məlumat veriblər.
Qeyd olunub ki, təxminən doqquz hektar ərazidə aparılan axtarış-xilasetmə
əməliyyatlarına hərbçilər də daxil olmaqla 500-ə yaxın insan cəlb olunub.
Sürüşmənin hündürlüyünün 30-50 metr arasında olduğu təxmin edilir.
Xatırladaq ki, fevralın altısında torpaq kütləsi 50-dən çox evin və yerli
qızıl mədən şirkətinin işçilərini daşıyan avtobusların üzərinə çöküb.
Mənbə: TASS